İRƏLİ


Bizim prinsiplərimiz

  • Bizim dəyərlərimizin açıq cəmiyyət, milli inkişafa uyğun demokratik transformasiya və liberal iqtisadiyyatdır
  • Biz demokratik təsisatların xalqın rifahı və onun dolğun həyatı naminə mövcud olmasının və fəaliyyət göstərməsinin tərəfdarıyıq
  • Biz demokratiyanı məhz Azərbaycan cəmiyyətinin məhsulu kimi görür və kənardan qeyri-təkamül yolu ilə yeridilən modelləri inkar edirik
  • Biz milli-mənəvi dəyərlərə, dininə, dilinə, tarixinə hörmət edən gənclik görmək istəyirik
  • Biz demokratik dəyərlərdən qidalanan və milli mənliyini qoruyan yeni vətəndaş obrazı yaratmağa çalışırıq
  • Biz gələcəyimizi davamlı inkişaf uğrunda əldə edilmiş nailiyyətləri əsasında qururuq

Haqqımızda

“İRƏLİ” İctimai Birliyi 26 Avqust 2005-ci ildə yaradılmış “İRƏLİ” Ümumrespublika Gənclər Hərəkatının əsasında meydana gəlmişdir. “İRƏLİ” Ümumrespublika Gənclər Hərəkatı 3 illik fəaliyyəti boyunca sıralarında 6 mindən çox Azərbaycan gəncini toplayaraq ölkənin ən fəal təşkilatlarından birinə çevrilməyə müvəffəq olmuşdur. “İRƏLİ” Ümumrespublika Gənclər Hərəkatı təsisçiləri 9 Dekabr 2008-ci ildə Hərəkatın buraxılması barədə qərar qəbul etmişdir. Bu qərardan sonra Hərəkatın əsasında “İRƏLİ” İctimai Birliyinin yaradılması ideyası ortaya çıxmışdır.

“İRƏLİ” İctimai Birliyinin təşkilatlanma mərhələsi

24 Dekabr 2008-ci il tarixində “İRƏLİ” İctimai Birliyinin Təsis Konfransı həyata keçirildi. Konfransda 380 nəfər nümayəndə iştirak etdi və konfransın yekunu olaraq Ceyhun Osmanlı “İRƏLİ” İctimai Birliyinin sədri, Afaq Zeynalova, Orxan Əliyev, Mahir Məmmədov, Nəzakət Əliyeva və Azər Məhərrəmov Nəzarət Təftiş Komissiyasının üzvləri seçildilər.

Konfrans başa çatdıqdan sonra İctimai Birliyin təşkilatlanması və strukturun formalaşması prosesinə start verildi. Bu məqsədlə 26 Dekabr 2008-ci il tarixində “İRƏLİ” İB-nin sədri Ceyhun Osmanlının qərarı ilə Rayon və Şəhər Təşkilatlarının formalaşdırılması üçün Təşkilat Komitəsi yaradıldı. Təşkilat Komitəsinin sədri Rasif Dünyamalıyev, katibi isə Hikmət Hüseynov təyin edildi. Təşkilat Komitəsi yaradıldıqdan sonra “İRƏLİ”-nin bütün üzvlərinə Bakı şəhərinin rayonları və Azərbaycanın digər regionlarında keçiriləcək seçkilərin vaxtı və prosedurlar barədə məlumat göndərilmişdir. Yanvar və fevral ayları ərzində rayonlar üzrə seçkilər keçirilmişdir.

16 Aprel 2009-cu il tarixində ilk Məclis iclası həyata keçirilmiş, iclasda təşkilatın İdarə heyəti üzvləri, katibliyin Əsasnaməsi və Baş katib təsdiq edilmişdir.

“İRƏLİ” İctimai Birliyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 19.02.2009-cu il tarixində dövlət qeydiyyatına alınmışdır.

“İRƏLİ” İctimai Birliyinin Mərkəzi Qərargahı

“İRƏLİ” İctimai Birliyinin Mərkəzi Qərargahı Bakı şəhəri, İçərişəhər, 1-ci Qəsr döngəsi – 70 ünvanında yerləşir.

Tel./Faks: +994 12 4925080

E-poçt: ireli@ireli.az

Cavab qoy

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.