Posted by: RAUFRAY | Fevral 8, 2010

Gün 7 – Qış Universiteti Bakıda davam edir

Fevral ayının 8-9 tarixlərində “İrəli” İctimai Birliyi və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən “Gənc Liderlər üçün Qış Universiteti” Bakıda Prezident Yanında Strateji Araşdırmalar Mərkəzində uğurla davam etdirildi.

İlk olaraq 8 fevral tarixində ekspert Azərbaycan Respublikası Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin baş məsləhətçisi Fərhad Məmmədov Azərbaycançılıq fəlsəfəsi mövzusunda mühazirə oxudu. F. Məmmədov qeyd etdi ki, Azərbaycan vətəndaşları etnik mənsubiyyətindən asılı olmayaraq azərbaycançılıq ideologiyası altında birləşir. Daha sonra Fərhad Məmmədov gəncləri maraqlandıran bütün sualları cavablandırdı.

Günün ikinci yarısında gənclər Azərbaycan Yazıçılar Birliyinin Baş katibi Çingiz Abdullayev ilə görüşdü. Çingiz Abdullayev qeyd etdi ki, bu kimi tədbirlərin keçirilməsi gənclərin inkişafı üçün müsbət göstəricidir. Ç.Abdullayev öz qonorarı hesabına yaşayan yeganə yazıçı olduğunu bildirdi: “Gəlirlərimin hamısı kitablardan, kinolardan, ssenarilərdəndir. 20 ildən artıqdır ki, Azərbaycandan pul almıram. Ümumilikdə ssenarilərim əsasında 8 kinom çəkilib. Biri 13 seriya, biri 20 seriya, digərləri də 2 və ya 1 seriyalı olub. Kitablarım dünyada 27 dilə tərcümə olunub. Bu yaxınlarda 28-ci dilə – Çin dilinə tərcümə olunur”. Yazıçı gənclərin mütaliə səviyyəsinin də aşağı olduğunu qeyd edib: “Azərbaycanda bununla bağlı vəziyyət elə də ürəkaçan deyil. Statistikaya görə, bu gün Avropada mütaliə səviyyəsi 70%, İngiltərədə 62%, Sankt-Peterburqda 58%, Gürcüstanda 31%, Ermənistanda 29% təşkil etdiyi halda, Azərbaycanda bu cəmi 8% təşkil edir. İnsanların muzeylərə getmə göstəricisi, eyni zamanda kitab mağazalarının sayı da Azərbaycanda azlıq təşkil edir”. Sonda yazıçı hər şeyin kitab üzərində qurulmadığını və kitab oxumayan insanın da həyatı bilmədiyini qeyd edib.

Günün son qonaqları “Ali və Nino” kitab mağazaları şəbəkəsinin direktoru Nigar Köçərli, Teleaparıcı Nərgiz Cəlilova və “Pəncərə” televerilişinin prodüsseri Günel Anarqızı oldu. Diskussiya şəraitində keçən görüş zamanı qonaqlar gənclərin səmimiliyini, fəallığını, müxtəlif mövzular əsasında təşkil edilən tədbirlərdə aktiv iştirakını yüksək qiymətləndirdilər.

Qış Universitetinin sonuncu günü fevral ayının 9-da ilk ekspert Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin məsləhətçisi Röya Talıbovanın aparıcılığı ilə “İraqın yenidən qurulması” mövzusunda gənclər arasında Simulyasiya oyunu keçirildi.

Daha sonra gənc liderlərin qonağı APA İnformasiya Agentliyinin baş direktoru Vüsalə Mahirqızı və İctimai Televiziyanın xəbərlər departamentinin sədri Anar Yusifoğlu tərəfindən “KİV ilə iş, media əlaqələrinin qurulması, KİV sektorunda müasir tendensiyalar” mövzusu ilə bağlı seminar keçirildi. APA İnformasiya Agentliyinin baş direktoru Vüsalə Mahirqızı rəhbərlik etdiyi təşkilatla bağlı iştirakçılara məlumat verdi: “APA onlayn jurnalistika ilə məşğul olur. İndiki halda Azərbaycanda oxucular xəbər portallarından Azərbaycan və rus dillərində informasiya ala bilirlər. Amma Azərbaycan dilində yayımlanan xəbər portallarının sayı son vaxtlar xüsusilə artıb. APA hazırda 5 dildə gündə 600-650 xəbər yayır”.
İctimai Televiziyanın xəbərlər departamentinin sədri Anar Yusifoğlu isə öz növbəsində şirkətin xəbər siyasəti barədə məlumat verib. A. Yusifoğlu bildirib ki, hazırda rəhbərlik etdiyi departament yeni layihələr üzərində işləyir və İTV xəbər siyasətində daha çox ciddi, ölkənin önəmli məsələləri ilə bağlı xəbərlərin işıqlandırılmasına diqqət ayırır. Son olaraq qonaqlar Qış Universitetinin iştirakçılarının bir sıra suallarını cavablandırdılar.


Cavab qoy

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Kateqoriyalar

Follow

Get every new post delivered to your Inbox.