Posted by: RAUFRAY | Fevral 4, 2010

Gün 3 – Təlimlər başladı

Gənc liderlər 4 fevral tarixində günün ilk qonağı “Liderliyin tibbi-bioloji əsasları” mövzusu ilə bağlı ekspert Azərbaycan-Almaniya Cərrahlar İttifaqının sədri, Topçubaşov adına Elmi-Cərrahlıq Mərkəzinin Elmi Katibi Dr. Qurban Müslümov ilə görüş keçirib. Görüş gənc liderlər tərəfindən maraqla qarşılanıb və sual-cavab əsasında davam etdirilib.

Daha sonra iştirakçılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasovla görüşüb. Görüş çərçivəsində liderlər üçün psixoloji testler keçirilib. Testin nəticələrinə əsasən Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən suallara ən fəal cavab verən gənclər diplomla təltif olunub: I yer – Hikmət Dadaşov “Etimad” komandası, II yer – Aysel Mikayılzadə “İnkişaf” komandası, III yer – Nərmin Məmmədova “İnkişaf” komandası. İkinci mərhələdə gənc liderlərdən təşkil olunmuş “Etimad”, “Tərəqqi”, “Uğur”, “İnkişaf” komandalarının rəhbərləri arasında “Azərbaycan Konstitusiyası”, “Müstəqil Azərbaycan” “Milli Məclis”, “Ermənistan-Azərbaycan münaqişəsi”, “Azərbaycanlıların soyqırımı” mövzularında bilik səviyyələri yoxlanılıb. Eyni zamanda Raqif Abbasov iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Günün ikinci yarısında gənclərin qonağı millət vəkili Anar Məmmədxanovla olub. Millət vəkili bu səpkidə keçirilən tədbirlərin önəmliyini və gənclərin inkişafına müsbət təsir göstərdiyini qeyd edib. Gənc liderlərin suallarını cavablandıran millət vəkili Azərbaycanda erməni dilində xəbərlərin yayımlanmasını müsbət hal kimi qiymətləndirib: “Biz düşmənlə onun meydanında mübarizə aparmalıyıq”. Millət vəkili bu yaxınlarda böyük “Production” yaradacağını, Azərbaycana Hollivuddan tanınmış rejissorlar dəvət edəcəyini, “Azərbaycan tarixi”, “İçəri Şəhər”, “Qobustan”, “Muğam tarixi” kimi sənədli filmlər çəkmək niyyətində olduğunu da bildirib.
Bu günün son eksperti Faiq Bağırov isə “Uğura gedən yollar” mövzusu ilə gənc liderlər qarşısında çıxış edib. Qeyd edib ki, hər bir işdə ən vacib üç element var: Bilik – Təcrübə – Həvəs. Bundan əlavə Faiq Bağırov mövzu ilə bağlı təqdimat keçirib və son olaraq gənclərin bütün suallarını cavablandırıb.


Cavab qoy

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Kateqoriyalar

Follow

Get every new post delivered to your Inbox.