Posted by: RAUFRAY | Fevral 3, 2010

Gün 2 – Açılış mərasimi

Fevral ayının 3-də saat 10:00-da “Qış Universiteti”nin açılış mərasimi baş tutdu. Açılış mərasimində “İrəli” İctimai Birliyinin sədri Ceyhun Osmanlı, Oğuz rayon İcra Hakimiyyətinin başçısı Aydın Əlihüseynov, Millət vəkili Eyvaz Qurbanov və YAP sədri iştirak etdi. İlk olaraq Birliyin sədri qonaqları salamladı və tədbiri açıq elan etdi. İlk söz Oğuz rayon İcra Hakimiyyətinin başçısı Aydın Əlihüseynova verildi. Aydın Əlihüseynov gənclərin bu cür tədbirlərdə iştirakının əhəmiyyətini vurğuladı. “İrəli” İctimai Birliyinin sədri Ceyhun Osmanlı isə bildirdi ki, belə tədbirlər gənclərdə bölgələr haqqında düzgün dünyagörüşün formalaşdırılmasına imkan yaradır. Millət vəkili Eyvaz Qurbanov isə çıxışında gənclərə uğurlar arzuladı və onları Gənclər günü münasibətilə təbrik etdi. Sonra A. Əlihüseynov və E. Qurbanov “Qış Universiteti” iştirakçılarının suallarını cavablandırdı.

Müəyyən fasilədən sonra iştirakçılar “NOVCO” Şirkətlər Qrupunun prezidenti Fərid Novruzi ilə görüşdülər. Şirkətin prezidenti gənclərlə görüşdə qeyd etdi ki, bazar iqtisadiyyatında hər bir şəxs öz şəxsi biznesini qura bilər. Bunun üçün Azərbaycanda bütün imkanlar yaradılıb: “Bizim şirkət 1999-cu ildə təsis edilib. İlk dəfə şirkətimizi quranda üç nəfər idik. Hal-hazırda isə işçilərin sayı 400 nəfərə yaxındır. Əsas fəaliyyət növü ticarətdir. 1999-cu ildə bir mağaza ilə fəaliyyətə başlasa da, hal-hazırda 29 mağaza fəaliyyət göstərir”. Daha sonra iştirakçılar “Biznes ideyaların təqdim edilməsi və həyata keçirilməsi” mövzusunda təqdimatı izlədilər. Eyni zamanda Fərid Novruzi gəncləri maraqlandıran bütün sualları cavablandırdı. Yekunda Qış Universitetinin bütün iştirakçılarına Fərid Novruzi tərəfindən MYBRENDS Fashion Clubdan xüsusi endirim kartları hədiyyə edildi.

Nahar fasiləsindən sonra gənclər üçüncü mühazirəyə qatıldılar. GRBS şirkətinin prezidenti Bəhram Qurbanov “Liderlik xüsusiyyətləri, ritorika, işgüzar etiket, effektiv ünsiyyət” mövzusu ətrafında məlumat verdi. Mühazirənin ümumi gedişatındə müxtəlif interaktiv oyunlar da keçirildi. Bəhram Qurbanov komandanın inkişafında əsas amillərin sədaqət, inam, məqsəd, ünsiyyət olduğunu qeyd etdi: “Hər bir uğurun əldə edilməsində effektiv ünsiyyət əsas vasitədir. Ünsiyyət yazılı, şifahi, əl-qol hərəkəti vasitəsi ilə, ən güclüsü isə bədən dili sayılır. Bədən dili əsas mimika, baxış, əl jesti və imicdən ibarətdir. Sözlər – 7 %, Səs – 38 %, Bədən hərəkətləri – 55 % yadda qalır”.

Qış Universitetinin ikinci gününün son qonağı “Planeta Parni iz Baku” KVN Teatrının bədii rəhbəri Tahir İmanov və həmin teatrın nümayəndəsi Elçin Həmidov oldu. Qonaqlar qeyd etdilər ki, KVN-nin Azərbaycan üçün əhəmiyyəti böyükdür. Amma əfsuslar olsun ki, bu gün KVN istənilən səviyyədə deyil. Beynəlxalq KVN-nin də əsas şərtlərindən biri KVN-nin rus dilində keçirilməsidir. Beynəlxalq KVN-də iştirak etmək üçün rus dilini, tarixini, mədəniyyətini bilmək vacibdir. İstedadlı uşaqlar çoxdur, ideyalar var amma təəssüf ki, uşaqların yarısı rus dilini bilmir. Bu üzdən Azərbaycan neçə illərdir Beynəlxalq KVN-də təmsil oluna bilmir. Hələ də məqsədimizə çatmamışıq. Əsas məqsədimiz də Azərbaycanı beynəlxalq KVN arenasında təmsil etməkdir. Hər hansı bir məqsədə çatmaq üçün də inam olmalıdır. Artıq ilk addımımızı atmışıq. “İrəli” İctimai Birliyi ilə birgə layihə olan “Şən Nar” Yumor Kuboku kimi layihəyə start verdik. KVN komandası isə bir tarixdir. Bunu da öz qalibiyyətləri ilə artıq sübut edib. Biz qazanılmış uğurları qəlbimizdə yaşatmalı və unutmamalıyıq.


Cavab qoy

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Kateqoriyalar

Follow

Get every new post delivered to your Inbox.