Bildiyiniz kimi, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılğı ilə 2 – 10 Fevral 2010 tarixində keçirilməsi nəzərdə tutulan “Gənc Liderlər üçün Qış Universiteti” təlimləri Bakıda, Prezident Yanında Strateji Araşdırmalar Mərkəzində davam etdirmişdir. Təlimlər 9 Fevral 2010 tarixində, saat 11:00-dan 18:00-a qədər keçirilmişdir. Belə ki, məruzəçilər Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin məsləhətçisi Röya Talıbova, APA İnformasiya Agentliyinin baş direktoru Vüsalə Mahirqızı, İctimai Televiziya və Radio Verilişləri Şirkətinin Xəbərlər və Analitik Proqramlar Departamentinin direktoru Anar Yusifoğlu olmuşlar. Röya Talıbova gənclərlə “İraqın yenidən qurulması” mövzusunda simulyasiya oyunu təşkil etmiş, Vüsalə Mahiqızı Azərbaycanın media sahəsi ilə bağlı ümumi vəziyyəti iştirakçıların diqqətinə çatdırmış, Anar Yusifoğlu isə öz növbəsində şirkətin xəbər siyasəti barədə məlumat vermiş və gənclərin suallarını cavablandırmışlar.
Gün 8 – Təlimlərin son günü
Posted in Xəbərlər
Gün 7 – Qış Universiteti Bakıda davam edir
Fevral ayının 8-9 tarixlərində “İrəli” İctimai Birliyi və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən “Gənc Liderlər üçün Qış Universiteti” Bakıda Prezident Yanında Strateji Araşdırmalar Mərkəzində uğurla davam etdirildi.
İlk olaraq 8 fevral tarixində ekspert Azərbaycan Respublikası Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin baş məsləhətçisi Fərhad Məmmədov Azərbaycançılıq fəlsəfəsi mövzusunda mühazirə oxudu. F. Məmmədov qeyd etdi ki, Azərbaycan vətəndaşları etnik mənsubiyyətindən asılı olmayaraq azərbaycançılıq ideologiyası altında birləşir. Daha sonra Fərhad Məmmədov gəncləri maraqlandıran bütün sualları cavablandırdı.
Posted in Xəbərlər
Gün 4 – İlk qar
Gözlənilən qar yağdı. Fevralın 5-ində gənc liderlər Oğuzun möhtəşəm mənzərəsi fonunda idman edib, səhər yeməyini yedikdən sonra əvvəlcədən planlanmış proqrama uyğun şəkildə təlimə qatıldılar. Günün qonaqları “İnformasiya Texnologiyaları: Sosial şəbəkələr, Elektron xəbər, Elektron biznes” mövzusu üzrə ekspertlər Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, “Yumroo MMC”nin direktoru Anar Yolçuyev idilər. Axtarış sistemləri haqqında gənc liderlərin çoxsaylı suallarına cavab verən Anar Yolçuyev qış universitetinin sonunda qalib olacaq komandanın üzvlərinə Azərfon və Yumroo şirkətinin birgə proyekti olan “Yallı cavan” tarif paketinin hədiyyə veriləcəyini bildirdi.
Daha sonra “Kreativ menecment və gənclər” mövzusunda söhbətə başlayan “Yallı.az” Sosial Şəbəkəsinin Baş meneceri Mikayıl Məmmədov yaradıcı gənclərin ideyalarını həyata keçirməsi yolunda məsləhətlər verərək daha çox öz təcrübəsini iştirakçılarla paylaşdı.
Posted in Xəbərlər
Gün 3 – Təlimlər başladı
Gənc liderlər 4 fevral tarixində günün ilk qonağı “Liderliyin tibbi-bioloji əsasları” mövzusu ilə bağlı ekspert Azərbaycan-Almaniya Cərrahlar İttifaqının sədri, Topçubaşov adına Elmi-Cərrahlıq Mərkəzinin Elmi Katibi Dr. Qurban Müslümov ilə görüş keçirib. Görüş gənc liderlər tərəfindən maraqla qarşılanıb və sual-cavab əsasında davam etdirilib.
Daha sonra iştirakçılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasovla görüşüb. Görüş çərçivəsində liderlər üçün psixoloji testler keçirilib. Testin nəticələrinə əsasən Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən suallara ən fəal cavab verən gənclər diplomla təltif olunub: I yer – Hikmət Dadaşov “Etimad” komandası, II yer – Aysel Mikayılzadə “İnkişaf” komandası, III yer – Nərmin Məmmədova “İnkişaf” komandası. İkinci mərhələdə gənc liderlərdən təşkil olunmuş “Etimad”, “Tərəqqi”, “Uğur”, “İnkişaf” komandalarının rəhbərləri arasında “Azərbaycan Konstitusiyası”, “Müstəqil Azərbaycan” “Milli Məclis”, “Ermənistan-Azərbaycan münaqişəsi”, “Azərbaycanlıların soyqırımı” mövzularında bilik səviyyələri yoxlanılıb. Eyni zamanda Raqif Abbasov iştirakçıları maraqlandıran sualları cavablandırıb.
Posted in Xəbərlər | Tags: Gənc Liderlər Üçün Qış Universiteti, irəli, irəli ictimai birliyi
Gün 2 – Açılış mərasimi
Fevral ayının 3-də saat 10:00-da “Qış Universiteti”nin açılış mərasimi baş tutdu. Açılış mərasimində “İrəli” İctimai Birliyinin sədri Ceyhun Osmanlı, Oğuz rayon İcra Hakimiyyətinin başçısı Aydın Əlihüseynov, Millət vəkili Eyvaz Qurbanov və YAP sədri iştirak etdi. İlk olaraq Birliyin sədri qonaqları salamladı və tədbiri açıq elan etdi. İlk söz Oğuz rayon İcra Hakimiyyətinin başçısı Aydın Əlihüseynova verildi. Aydın Əlihüseynov gənclərin bu cür tədbirlərdə iştirakının əhəmiyyətini vurğuladı. “İrəli” İctimai Birliyinin sədri Ceyhun Osmanlı isə bildirdi ki, belə tədbirlər gənclərdə bölgələr haqqında düzgün dünyagörüşün formalaşdırılmasına imkan yaradır. Millət vəkili Eyvaz Qurbanov isə çıxışında gənclərə uğurlar arzuladı və onları Gənclər günü münasibətilə təbrik etdi. Sonra A. Əlihüseynov və E. Qurbanov “Qış Universiteti” iştirakçılarının suallarını cavablandırdı.
Posted in Xəbərlər
Gün 1 – “Gənc Liderlər üçün Qış Universiteti” layihəsi start götürdü
Fevral ayının 2-dən etibarən “İrəli” İctimai Birliyi və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən “Gənc Liderlər üçün Qış Universiteti” layihəsi start götürdü.
İlk olaraq Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Azad Rəhimov, “İrəli” İctimai Birliyinin sədri Ceyhun Osmanlı, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, eləcə də “Gənc Liderlər üçün Qış Universiteti”nin 100-dən çox iştirakçısı Fəxri Xiyabana gələrək, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət etdi.
Daha sonra KİV təmsilçiləri üçün keçirilən brifinqdə “İrəli” İctimai Birliyinin sədri Ceyhun Osmanlı bildirdi ki, “Gənc Liderlər üçün Qış Universiteti” Oğuz rayonundakı 5 ulduzlu “Afra” otelində 10 gün davam edəcək. Layihədə 110 nəfər gənc iştirak edir ki, bunlar arasında 10 nəfər KİV təmsilçiləridir. Bu müddət ərzində layihə iştirakçılarına natiqlik, liderlik, idarəetmə, biznesin qurulması, informasiya texnologiyalarından düzgün istifadə, xarici siyasət, qanunvericilik, Azərbaycanda yeni dövrün prioritetləri, siyasi fəlsəfə, siyasi antropologiya, demokratikləşmə, Azərbaycanda gənclər siyasəti, vətəndaş cəmiyyəti, müasir mədəni cərəyanlar, KİV sektorunda müasir tendensiyalar, Azərbaycançılıq fəlsəfəsi ilə bağlı mühazirələr keçiriləcək. Bundan başqa gənc liderlərlə dövlət xadimləri, nazirlər, millət vəkillərinin, o cümlədən xarici ölkələrdən Azərbaycana gələn nümayəndə heyətlərinin görüşləri təşkil olunacaq. Proqramın son günü gənc liderlərin şimal – qərb bölgəsindəki digər rayonlara səfəri gözlənilir.
Fevralın 2-si saat 11:00-da Bakıdan yola düşən gənc liderləri aparan kortej Oğuz rayonuna saat 15:00-da çatdı. Rayon mərkəzindəki 5 ulduzlu “Afra” otelinə yerləşən iştirakçılar qısa fasilədən sonra komandalara bölündülər və tanışlıq prosesi başladı. 10 gün boyunca gənc liderlər 4 komanda halında təlimlərdə iştirak edərək yeni biliklərə yiyələnəcək, eyni zamanda müxtəlif oyunlar çərçivəsində yarışacaqlar. Bunlar Uğur, Etimad, İnkişaf və Tərəqqi komandalarıdır. Şam yeməyindən sonra gənclər üçün tanışlıq proqramı həyata keçirildi. Bu tipli düşərgələrin formatı barədə daha aydın təsəvvürün yaranması məqsədi ilə layihə iştirakçıları Avqust ayında Qazaxda keçirilmiş Yay Universiteti filmini izlədilər.
Posted in Xəbərlər | Tags: Gənc Liderlər Üçün Qış Universiteti, ireli, irəli, irəli ictimai birliyi, iştirakçı, oğuz, qış universiteti
“Gənc Liderlər üçün Qış Universiteti” start götürür
“İrəli” İctimai Birliyi Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevin Azərbaycanda İnsan Kapitalının inkişaf etdirilməsi istiqamətində çağırışlarına uyğun olaraq gənclərin inkişafı istiqamətində sistemli fəaliyyətini davam etdirir. “İrəli” İctimai Birliyi olaraq biz gənclərin asudə vaxtlarının faydalı olması və onların bilik və bacarıqlarının artırılması üçün müxtəlif layihələr həyata keçiririk. Təşkilatımızın bu sahədə kifayət qədər təcrübəsi var və biz artıq “Gənc Liderlər Üçün Yay Universiteti” layihəsini böyük uğurla həyata keçirmişik. Həmin layihənin böyük uğurunu nəzərə alaraq “İrəli” İctimai Birliyi bu fəaliyyəti ənənəyə çevirmək və Gənc Liderlər üçün Qış Universiteti təşkil etmək qərarına gəlmişdir. Gənc Liderlər üçün Qış Universiteti 2-10 Fevral 2010 tarixində Azərbaycanın səfalı guşələrindən olan Oğuz rayonunda 5 ulduzlu “Afra” Oteldə təşkil olunacaqdır. 7 gün müddətində davam edəcək və 100 nəfəri özündə birləşdirəcək bu düşərgədə əvvəlki düşərgədəki fəaliyyətlər daha da ətraflı və effektiv şəkildə həyata keçiriləcək. Əsasən natiqlik, liderlik, idarəetmə, biznes, informasiya texnologiyalarının önəmi, xarici siyasət, qanunvericilik, Azərbaycanda yeni dövrün prioritetləri, siyasi fəlsəfə, siyasi antropologiya, demokratikləşmə, Azərbaycanda gənclər siyasəti, vətəndaş cəmiyyəti, KİV sektorunda müasir tendensiyalar, Azərbaycançılıq fəlsəfəsi kimi praktiki təlimləri özündə birləşdirəcək Qış Universiteti həmçinin bir sıra mühüm dövlət adamlarını qonaq edəcəkdir. Layihədə 100 nəfər gənc liderlə görüşdə Azərbaycan Respublikası Prezident Administrasiyasının təmsilçiləri, nazirlər, millət vəkilləri, iş adamları, müxtəlif ekspertlər və həmçinin müxtəlif sahələrdə göstərdikləri uğurlu fəaliyyətlərə görə cəmiyyətdə tanınan və rəğbət görən şəxsiyyətlər iştirak edəcək, onlar tərəfindən mühazirələr oxunacaq, diskussiyalar təşkil ediləcəkdir.
Layihədə müxtəlif spektrləri, o cümlədən KİV strukturlarını təmsil edən gənclər iştirak edəcəkdir.
2 Fevral – Gənclər günündə saat 10:00-da “Gənc Liderlər üçün Qış Universiteti”nin iştirakçıları Fəxri Xiyabanı ziyarət edəcək, orada media – brifinq keçiriləcək və elə oradan da Oğuza yola düşəcəklər.
Posted in Xəbərlər | Tags: 2 fevral, Gənc Liderlər Üçün Qış Universiteti, ireli, irəli, irəli ictimai birliyi, oğuz, qış universiteti, start, winter university
Qış Universitetinin komandaları müəyyən olundu
Bu gün “İRƏLİ” İctimai Birliyinin ofisində keçirilən görüşdə Qış Universitetində iştirak edəcək komandalar, onların kapitanları və heyətləri açıqlanıb. Beləliklə, Yay Universitetində oldugu kimi, Qış Universitetində də gənclər 4 komandaya bölünürlər: Tərəqqi, Uğur, Etimad və İnkişaf komandaları. Komandaların heyətləri 25 nəfər ibarətdir. Onları tərkibi barədə yaxın günlərdə geniş məlumat verəcəyik.
WU iştirakçısı Elxan İsgəndərov: “İnanıram ki, Qış Universiteti iştirakçılarının sayına görə Yay Universitetindən geri qalsa da, ondan daha effektiv olacaq”
İlk növbədə “Qış Universiteti”ndə iştirak etmək hüququ qazanmış hər bir gənci təbrik edirəm və özümdə daxil olmaqla hər birimizə uğurlar arzulayıram.
Ötəl il keçirilən “Yay Universiteti” hakkında məlumatım var. Gördüyüm fotolardan, video kadrlardan Yay Universitetinin çox dəyərli və çox maraqlı bir layihə olduğu qənaətindəyəm.
Mən Qış universitetini bir təcrübə məkanı kimi görürəm və burada görəcəyim təcrübələrdən yetərincə faydalanmaq fikrindəyəm. İnanıram ki, Qış Universiteti iştirakçılarının sayına görə Yay Universitetindən geri qalsa da, ondan daha effektiv olacaq və yüksək nəticələr əldə edəcəyik.
Posted in Fikirlər | Tags: elxan, Fikirlər, Gənc Liderlər Üçün Qış Universiteti, ireli, irəli, irəli ictimai birliyi, isgəndərov, iştirakçı, müsahibə, oğuz, qış universiteti, winter university
WU iştirakçısı Orxan Əmrahov: “Bu layihədə iştirak etməyə layiq olan çox gənclər kənarda qaldı. Ona görə də iştirak şansı qazananlara müraciət edərək demək istərdim ki, bu fürsəti layiqincə qiymətləndirsinlər”
Bu layihə barədə eşitdiyim ilk gündən qərarlıydım. Doğru hədəfə çatmaq üçün ilk öncə onu bacaracaq yetənəyinin olduğuna inanmaq lazımdır. Seçimlərdə isə bu günə kimi gördüyüm işlərə və gənclər arasında mövqeyimə güvəndim. Bu layihə isə mənə gələcəkdə daha fəal olmağa, daha böyük layihələrdə iştirak etməyə stimul yaradır. Bu layihədən gözlədiklərim isə gələcəkdə liderlik, natiqlik və s. xüsusiyyətlərimi inkişaf etdirmək, müasir dövrdə yüksək ictimai fəallıq göstərən gənclərin arasında öz yerimi tutmaq və lider kimi formalaşmaqdır. Təbii ki, bu sahədə yüksək vəzifəli dövlət xadimləri ilə görüşlərin də mühüm əhəmiyyəti vardır. Bu layihənin iştirakçısı olmaq hər bir gəncin istəyidir. Təbii ki, bu layihədə iştirak etməyə layiq olan çox gənclər kənarda qaldı. Ona görə də iştirak şansı qazananlara müraciət edərək demək istərdim ki, bu fürsəti layiqincə qiymətləndirsinlər… Sonda isə layihənin təşkilatçılarına xüsusilə minnətdarlığımı bildirirəm…
Posted in Fikirlər | Tags: əmrahov, Fikirlər, Gənc Liderlər Üçün Qış Universiteti, ireli, irəli, irəli ictimai birliyi, iştirakçı, müsahibə, orxan, oğuz, qış universiteti





